https://www.youtube.com/watch?v=hloW1pxJ4P0

Liftmark MMC-nin mütəxəssisi Tural Verdiyev ARB Televiziya kanalına müsahibə verib
Liftmark MMC-nin mütəxəssisi Tural Verdiyev ARB Televiziya kanalına verdiyi müsahibədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin ölkədə urbanizasiya, memarlıq irsi və müasir şəhərsalma sahələrinin inkişafına göstərilən xüsusi diqqətin bariz nümunəsi olduğunu vurğulayıb. O bildirib ki, bu təşəbbüs şəhər mühitinin davamlı inkişafının təmin edilməsi, tarixi-memarlıq irsinin qorunması və müasir urban standartların tətbiqinin sürətləndirilməsi məqsədi daşıyır.
Liftmark MMC ölkədə həyata keçirilən şəhərsalma və memarlıq layihələrində fəal iştirak edir və müasir lift, eləcə də şaquli nəqliyyat sistemlərinin tətbiqi ilə urban mühitdə təhlükəsizlik və keyfiyyət standartlarının yüksəldilməsinə töhfə verir.
Şirkətin 2026-cı il üzrə planlarına yaşayış və biznes mərkəzlərində, həmçinin ticarət obyektlərində lift və eskalator sistemlərinin müasir standartlara uyğun quraşdırılması və onların texniki xidmətinin təmin edilməsi daxildir. Eyni zamanda, Liftmark MMC memarlıq irsinin qorunması və müasir memarlıq nümunələrinin təşviqi ilə bağlı layihələrdə iştirak etməyi, urban inkişaf layihələrində innovativ texnologiyaların tətbiqi vasitəsilə təhlükəsizlik və dayanıqlılıq standartlarını artırmağı, eləcə də ölkədə həyata keçirilən yenidənqurma və infrastrukturun modernləşdirilməsi layihələrinə dəstək göstərməyi planlaşdırır.
2014-cü ildən etibarən Azərbaycan və Rusiya bazarlarında lift və digər şaquli nəqliyyat sistemlərinin quraşdırılması və texniki xidmətini həyata keçirən Liftmark MMC 2020-ci ildən fəaliyyətini Azərbaycanda daha da genişləndirib. Şirkət Almaniya və Çin istehsalı olan lift avadanlıqlarının rəsmi distribütorudur.
Liftmark MMC-nin fəaliyyət prinsipləri keyfiyyət və təhlükəsizliyə əsaslanır; şirkət beynəlxalq standartlara uyğun quraşdırma və xidmət göstərir, layihələrin etibarlı və uzunömürlü icrasını təmin edir və hər bir layihəni şəhərsalma və memarlıq tələblərinə uyğun şəkildə həyata keçirməklə urban inkişafın davamlılığını dəstəkləyir.

